SİZİN REKLAM BURADA!
055 213 76 73


“Ermənistan Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alıb”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərin suallarına cavab verərkən söyləyib.

Lakin Mqer Qriqoryan iclasın konkret nə zaman baş tutacağını qeyd etməyib:

“Danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur, amma düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək.

Həmçinin, İrəvan və Bakı Arazdəyən-Horadiz dəmiryolunun işə salınması ilə bağlı yekun konsensus əldə ediblər”.

BAKU.WS