SİZİN REKLAM BURADA!
055 213 76 73


Sudanda Çevik Cavab Qüvvələri (ÇCQ) ilə ordu arasında baş verən toqquşmalara görə, bir çox ölkələr diplomatik nümayəndəliklərini və vətəndaşlarını ölkədən təxliyə etməyə davam edir.

BAKU.WS "Anadolu"ya istinadən xəbər verir ki, 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə Sudandan təxliyə olunub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, indiyə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar.

Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.

BAKU.WS