SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hamburq şəhərində baş vermiş silahlı insidentlə bağlı Almaniyaya başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in feysbuk səhifəsində paylaşım edilib:

"Almaniyanın Hamburq şəhərindəki "Yehovanın şahidləri" kilsəsində dəhşətli atışma ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib. Bu dəhşətli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik".

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində "Yehovanın şahidləri" kilsəsində atışma baş verib. Hadisə nəticəsində 6 nəfər ölüb, 1 neçə nəfər isə yaralanıb.

BAKU.WS