SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Murad Hüseynov bu təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. Pianoçu, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

O, Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. Bir çox beynəlxalq müsabiqələrin laureatı və diplomantıdır, bir sıra məşhur orkestr və musiqi kollektivləri ilə birgə konsertlər verib.

BAKU.WS