SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Bu barədə qurumun rəsmi tvitter hesabında qeyd olunur:

“Unutmadıq, unutmayacağıq!

1990-cı il yanvarın 20-də qardaş Azərbaycanda baş vermiş Qara Yanvar kimi tanınan qətliamda şəhid olan qardaş və bacılarımızı yad edirik. “Bir millət, iki dövlət” olaraq bundan sonra da Azərbaycan türk qardaşlarımızla bir olacağıq”.

BAKU.WS