SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirova da Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin müəllimləri və şagirdləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Böyüməkdə olan nəslə səmimi qayğınıza görə Sizə təşəkkür edirik. Həştərxan vilayətinin ərazisində həyata keçirilmiş çoxsaylı humanitar layihələr arasında Həştərxan şəhərindəki 11 nömrəli orta məktəbin yenidən qurulması xüsusi yer tutur. Bizim ümumtəhsil müəssisəsi ilə bağlı yüzlərlə uşaq və yaşlı insan görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan məktəbə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir.

Məktəbin kollektivi adından səmimi təbriklərimizi qəbul edin. Sizə bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzu edirəm.

Sizə xalqınızın rifahı naminə fəaliyyətinizin daha da uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsini diləyirəm”.

Azərbaycan Respublikasının Prezidentini həm də “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller də təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və xalqınızın rifahı naminə yeni və daha böyük zəfərlər diləyirəm”.

*** 11:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına doğum günü ilə bağlı təbriklər gəlməkdə davam edir.

BAKU.WS xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min də ölkə başçısını təbrik edib.

Təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Peşəkar keyfiyyətləriniz, vətənpərvərliyiniz, fəal vətəndaş mövqeyiniz, geniş dünyagörüşünüz, dialoqa hazır olmağınız Sizə həmvətənləriniz və xaricdəki həmkarlarınız arasında haqlı olaraq dərin hörmət qazandırıb.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası sanballı uğurlar qazanıb. Azərbaycan bu gün milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi, ölkə vətəndaşlarının rifahının yüksəldilməsi, respublikanın beynəlxalq imicinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaqla öz maraqlarını inamla irəlilətməkdə davam edir.

Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə daimi diqqətinizə və dəstəyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunmasını yüksək qiymətləndiririk.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailənizə səadət, ruh yüksəkliyi, tükənməz enerji, ölkənizin rifahı naminə yeni-yeni uğurlar, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina da İlham Əliyevi təbrik edib.

Təbrik mətnində deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə bütün quruculuq təşəbbüslərinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Sizin yüksək peşəkarlığınız, məqsədyönlü fəaliyyətiniz və çox böyük əməksevərliyiniz, gözəl işgüzar və insani keyfiyyətləriniz həmişə uğurlu nəticələr əldə edilməsinə yönəlib.

Sizin gözəl ölkənizə səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq, Zati-alinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoş güzəran və səadət arzulayıram.

Dərin hörmət və ehtiramla Sizə və xanımınız Mehriban Arif qızına xoşbəxtlik arzularımı və ən xoş diləklərimi yetirirəm”.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç də ölkə başçısını təbrik edənlər sırasındadır.

Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Fürsətdən istifadə edərək, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Həm Prezident olduğum illərdə, həm də sabiq Prezident kimi fəxri status daşıdığım dövrdə Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı böyük uğurların şahidi olmağımdan məmnunluq duyuram. Bu müddət ərzində bir sıra sahələrdə intensiv əməkdaşlığımız sayəsində dəyərli dostluğumuzu dərinləşdirməyə nail olduq və dövlətlərimiz arasında bugünkü münasibətlərin təməlini qoyduq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi dünyanın müxtəlif guşələrinin elmi, mədəni və akademik dairələrinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, yüksək səviyyəli dövlət rəsmiləri ilə birlikdə dünya miqyaslı və dəyərli təşkilatın çoxsahəli fəaliyyətində iştirakımdan da xüsusi məmnuniyyət duyuram. Məhz görkəmli şair Nizami Gəncəvinin əsərlərinin və ruhunun, eyni zamanda, Azərbaycan xalqının mədəniyyəti və adət-ənənələrinin təməlini təşkil edən multikulturalizm, sülh, əmin-amanlıq, sevgi, qarşılıqlı hörmət, bərabərlik kimi dəyərlər bütün qitələrdən müxtəlif mədəniyyətləri, fərqli mentalitet və maraqları bir araya gətirə bilib.

Bu əlamətdar gün eyni zamanda Nizami Gəncəvinin qeyd olunan dəyərlərindən qaynaqlanaraq Sizin tarixi uğurlarınızı vurğulamaq üçün gözəl fürsətdir. Siz Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirməyə nail oldunuz, xalqınıza sevinc və məmnunluq hisslərini bəxş etdiniz.

Möhtərəm Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

BAKU.WS