SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpiz arasında telefon danışığı olub.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Bakıdakı səfiri Corc Dik tvitter hesabında paylaşım edib.

“Uşpiz baş tutmuş danışıq zamanı bəyan edib ki, Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayır. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər”, - deyə C.Dik bildirib.

BAKU.WS