SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ və Rusiya Suriya ilə bağlı məsələdə razılığa gəliblər. 

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri ilə Rusiyann xarici işlər naziri Sergey Lavrov 13 saat davam edən müzakirlərdən sonra keçirdikləri mətbuat konfransında məlumat verilib.

Lavrovun sözlərinə görə,  Rusiya və ABŞ arasında Suriya böhranı ilə bağlı beş sənəd imzalanıb. 

Sentyabrın 12-dən qüvvəyə minəcək razılaşmaya əsasən Suriyada atəşkəs rejimi bir həftə ərzində tam qüvvəyə minməlidir.
 
"Rusiya və Amerika Birləşmiş Ştatları sentyabrın 12-si, saat 00:00-dan etibarən Suriyada münaqişə tərəflərini hərbi əməliyyatları tam dayandırmağa çağırıb. Atəşkəs rejiminin qüvvəyə minməsindən 7 gün sonra xüsusi mərkəz yaradılacaq. Mərkəzdə Rusiya və ABŞ hərbçiləri, iki ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri münaqişə tərəflərinin geri çəkilməsi istiqamətində praktiki məsələlərlə məşğul olacaqlar”, - S.Lavrov əlavə edib.
 
BAKU.WS