SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Keçmiş CHP sədri Dəniz Baykal və bəzi MHP-li millət vəkillərinin intim görüntülərinin yaylılması ilə bağlı  Ankara Respublika Prokurorluğu 120 nədfərin həbsinə sanksiya verib.

BAKU.WS xəbər verir ki, onlardan 31-i başqa cinayətlərə görə artıq həbsdədirlər. 36 nəfər isə keçirilən əməliyyat zamanı saxlanılıb. Digərlərinin isə barəsində axtarış elan olunub. 

Ümumilikdə bu işlə bağlı 170 nəfər şübhəli müəyyən olunub. Onlardan 50 nəfərinin sadəcə ifadəsinin alınması nəzərdə tutulur. 

Qeyd edək ki, 2010-cu il mayın 7-də CHP-nin sabiq sədri Dəniz Baykalın partyadaşı, keçmiş millət vəkili Nəsrin Baytokla seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Baykal partiyanın sədrliyindən istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra video araşdırılması üçün Beynəlxalq Kriminal Bürosuna göndərilib və görüntülərin montaj olduğu bildirilib. 
 
BAKU.WS