SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.

BAKU.WS xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Azərbaycan terrorun bütün forma və təzahürlərini qətiyyətlə qınayır", - paylaşımda qeyd olunub.

BAKU.WS