SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri özünün tviterdəki səhifəsində yazıb.

"İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın xarici işlər naziri can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik", - Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında qeyd edib.

BAKU.WS