SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. 

BAKU.WS-in Sputnik Armeniya-ya istinadən verdiyi məlumata görə, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb.

Məlumata əsasən, hazırda Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 58.04% səslə irəlidədir.

Onun başlıca rəqibi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə yalnız səslərin 22.01%-ni qazanıb.

Digər siyasi bloklar onlar üçün qoyulmuş 7 faizlik səs həddini keçə bilməyiblər. 

BAKU.WS