Ceyhun Bayramov: "Ermənistan Azərbaycan ərazilərinə hərbçi göndərməyə cəhd göstərir"

Ceyhun Bayramov: Ermənistan Azərbaycan ərazilərinə hərbçi göndərməyə cəhd göstərir
Foto
Siyasət 108

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında baş tutub.

Bu barədə BAKU.WS-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. Nazir həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri, bu xüsusda Aİ-nin mümkün rolundan danışıb.

Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd etdi. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Tərəflər eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

23956 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər