SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu Azərbaycanı Bayraq Günü münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, türkiyəli nazir "Twitter” hesabında hər iki dövlətin bayrağını paylaşaraq Azərbaycan XİN başçısı Ceyhun Bayramovu işarələyib:

"Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhrəman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”

BAKU.WS