Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

26
okt
2020
11:26
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat açıqlayıb.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, altı uşaq olmaqla 26 nəfər həlak olub.
138 nəfər yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli-miqdarda ziyan dəyib.
Qeyd edilib ki, hazırkı vaxtadək 65 nəfər həlak olub, onlardan 18-i qadın, 10-u uşaq olub.
297 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-si uşaq olub.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...
