Nazirlik Azər Aydəmirə 657 min manat ödəyəcək
Azərbaycanda "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.
Məlumata görə, ARKA bununla bağlı "Aydəmir Entertainment" şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Müqavilədə "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib.
Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.
Oxşar xəbərlər
Xalq artisti Bəhram Mansurovun anadan olmasından 115 il ötür
Bu gün Azərbaycanın tanınmış tarzəni, Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115-ci ildönümüdür. Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov 1911-ci il fe...