SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.

Oqtay Məmmədağa oğlu Rəcəbov 1941-ci il aprelin 5-də Bakıda anadan olub.

Oktay Rəcəbov Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində alıb (1958–1963).

Azərbaycan EA-nın Fizika İnstitutunda aspirantura təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını bitirib (1969). 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli Musiqi məktəbində isə musiqi fənnini tədris edib. Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Ü.Hacıbəyli adına Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisi" kafedrasının professoru olub. 4 operanın, 3 musiqili komediyanın, 3 simfoniyanın, 2 oratoriyanın, 1 kantatanın, 500 mahnının müəllifidir. Pedaqogika və musiqi ilə bağlı 10 monoqrafiyanın, 70 dərslik, dərs vəsaiti və proqramın, 100-dən artıq məqalənin müəllifidir.O.Rəcəbovun uşaq mahnıları 6 məcmuədə çap olunub.

Onun uşaq mahnıları əsasən vətənpərvərlik, flora və faunaya aid təbiət, rəqəmlərə, vurma cədvəlinə, valideynlərə həsr olunmuş mahnılardır.

Bəstəkar Oqtay Rəcəbov Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Respublika Komsomol Mükafatı Laureatı (1982), Azərbaycan Respublikasının Əməkdar müəllimi (1987), "Tərəqqi" medalı (2006), "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" (2019) medallarına laiq görülüb.

Oqtay Rəcəbov 2022-ci ilin dekabrın 15-i 81 yaşında vəfat edib.

BAKU.WS