SİZİN REKLAM BURADA!
055 213 76 73


TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclasında qəbul olunmuş bəyannamayə əsasən, quruma üzv olan ölkələrin teatr sektorları arasında əməkdaşlıq nəzərdə tutulur.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındaki daimi nümayəndəsi Elçin Qafarlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, TÜRKSOY-a üzv olan ölkələr arasında festivallara qoşulma, bir-birilərinin pyeslərinə müraciət, həmçinin rejissorluq, operatorluq, rəssamlıq, dizayner seminarlarının təşkili nəzərdə tutulur. Eyni zamanda hər ölkədə keçirilən festivalda qarşılıqlı iştirak planlaşdırılır.

BAKU.WS