SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Media Mərkəzi böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunan “Himayədar” adlı film çəkir.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, filmdə həmçinin, XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələrə də toxunulur.
 
Azərbaycanın tarixinin tanıdılmasını məqsədləyən bu önəmli ekran işinin may ayında başlayan 120 çəkiliş gününün 90-ı artıq başa çatıb. Filmin 8 seriyadan ibarət olması nəzərdə tutulub.
 
Filmin kütləvi səhnələrinin çəkilişində 1600 nəfər iştirak edib. Çəkiliş üçün 70-dən çox məkanda çəkiliş aparılıb və bununla yanaşı 300-dən çox abidə hazırlanıb.
 
Bakı Media Mərkəzinin hazırladığı, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərinin təbliğində böyük əhəmiyyət kəsb edən çoxseriyalı “Himayədar” filminin gələn il izləyicilərə təqdim olunması nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin vəfatının 100 illiyidir.
 
Filmin rəhbəri və prodüsseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Arzu Əliyeva çəkilişin baş tutduğu məkanlarda iştirak edib.


BAKU.WS
QALEREYA