SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bütün müəlliflərin əsərləri hər yerdə səslənə bilər. Ona görə müəllifin hüququ qorunmalıdır. O səslənməyə görə də müəllif hansısa bir qonorar almalıdır. Bunun qonorarı olmalıdır. Bu, bütün dünyada belədir". 

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi "ATV Səhər" verilişinə açıqlamasında deyib. 

Azərbaycan musiqilərinin xarici filmlərdə səsləndirilməsindən danışan Kərimi mahnıların icazə ilə oxunması məsələsinə də toxunub. 

Xalq artisti qeyd edib ki, kiminsə mahnısını oxumaq üçün həmkarı ondan icazə almaya bilər, yetər ki, həmin mahnı düzgün ifa edilsin: 

"Müəllif bu əsəri yazıb ki, ifa olunsun. Hazırda çox səviyyəsiz söhbətlər gedir. Deyirlər, "Kiminsə mahnısını oxumaq istəyirsənsə, mütləq icazə almalısan". Bəyəm mahnı oxumağa icazə almaq lazımdır? Mənim ürəyim o mahnını oxumaq istəyirsə, niyə icazə almalıyam? Allah rəhmət etsin, Rəşid Behbudov gözəl mahnılar oxuyub. İndi ondan necə gedib icazə almaq lazımdır? Onun bəstəkarından necə icazə almaq olar? Onlar artıq haqq dünyasındadırlar".

BAKU.WS
VİDEO