SİZİN REKLAM BURADA!
055 213 76 73


“Tarixi serial və filmlər çəkilmir. Tarixi ekranda bərpa etməyi öyrənməliyik”.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bunu kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Kino Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırkı filmlər məişət səviyyəsindən kənara çıxa bilmir:

“Biz artıq Sovet İttifaqında yaşamırıq. Yeni gözəl filmlər çəkilməlidir. Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur. Vətən müharibəsində və ya koronavirus pandemiyası zamanı ölən ziyalı həkim və ya müəllimlər barədə hansı ekran işində rast gəlmisiniz?!

Bu gün çəkilən serialların əksəriyyəti məişət mövzusundadır. Ya narkotik istifadəsi, ya bank borcu, ya da ailədaxili münaqişələr, pis qayınana-qayınata haqda. Milli kinonun mahiyyəti mənəvi dəyərləri maddi dəyərlərdən üstün göstərməkdir”.

BAKU.WS