SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) anım günüdür.

BAKU.WS xatırladır ki, Rafiq Hüseynov 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub.

O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.

Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.

Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.

BAKU.WS