SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün azərbaycanlı şair, tərcüməçi Əli Kərimin anadan olmasından 92 il ötür. 

BAKU.WS xəbər verir ki, Əli Paşa oğlu Kərimov 1931-ci ilin martın 18-də Göyçayda anadan olub. Atası Paşa fəhlə işləyib. Əli 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Burada Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib. 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və Bakıya qayıdıb. "Azərbaycan" jurnalının redaksiyasında işləyib və şeir şöbəsinin müdiri olub.

Əli Kərimin ömrü poeziyada atributa çevrilib. Bu gün onun üslubunu və söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxan "Təzə müəllim" şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülüb. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rus dilində çıxan "İki sevgili" kitabı olub.

"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) kimi kitabları nəşr edilib.

Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb. Əli Kərim 1969-cu ilin iyunun 30-da Bakıda vəfat edib. O, doğulduğu Göyçay şəhərində dəfn edilib. Onun dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb. 

BAKU.WS