SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun vəfatından bir il ötür.

BAKU.WS xəbər verir ki, görkəmli mədəniyyət xadimi Əlibaba Məmmədov 1929-cu il fevralın 5-də Bakının Maştağa kəndində anadan olub.

Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Əlibaba Məmmədov 1953-1958-ci illərdə musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”nin solisti olub.

1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradıb və bu günə kimi həmin ansambla rəhəbrlik edib. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb.

Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTR Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır.

Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib.

O, 2020-ci ilin fevralın 4-də "Şərəf" ordeni ilə təltif edilib.

Xanəndə 2022-ci ili fevralın 25-də 92 yaşında vəfat edib. Əlibaba Məmmədov Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

BAKU.WS