SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Əlibaba Məmmədov vəfat edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”nin solisti olub.

Ə.Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Əlibaba Məmmədovun xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, "Azərbaycan SSR Əməkdar artisti" (18 may 1963), "Azərbaycan SSR Xalq artisti" (17 may 1989) fəxri adlarına, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), İstiqlal" ordeni (3 fevral 2010), Şərəf" ordeni (4 fevral 2020) mükafatlatına layiq görülüb.

BAKU.WS