SİZİN REKLAM BURADA!
055 213 76 73


QLÜKOZA – ilk dəfə elmi yolla ingiltərəli alim Vilyam Praut tərəfindən 1802-ci ildə kəşf edilmişdir. QLÜKOZA-nın başqa adı üzüm şəkəridir. QLÜKOZA bütün orqanizm üçün faydalı olmaqla bərabər, sinir sistemi üçün də çox vacibdir.

Bu maddə fiziki, emosional və stress vəziyyətlərində orqanizmin reaksiyasını sürətləndirir. Beyin hüceyrələri və qanda olan eritrositlər əsasən qlükoza ilə qidalanırlar. Hesablama, analitika və zehni işlə məşğul olanlar daha çox qlükoza istehlak etməlidirlər, çünki onların işi yüksək enerji tələb edir.

Qlükoza həmçinin idman ilə məşğul olanlar üçün də faydalıdır. Çünki o, birbaşa əzələləri qidalandırır. Qanda qlükoza miqdarı aşağı düşdükdə orqanizm əziyyət çəkir.

Ağ ciyərlər üçün oksigen nə qədər vacibdirsə, qlükoza da insan orqanizmi üçün bir o qədər vacibdir. Onun səviyyəsi qanda aşağı düşdükdə bədən zəifləyir, beyin qidalanması pisləşir və halsızlıq yaranır. Ona görə də qlükoza istehlakını normada saxlamaq lazımdır.

BAKU.WS