Tolik deputatlığa nəmizədləri biabır etdi: "Ayıbdır, özünüzə hörmət edin!" - VİDEO

Tolik deputatlığa nəmizədləri biabır etdi: Ayıbdır, özünüzə hörmət edin! - VİDEO
Video
Şou-biznes 1269

Aparıcı Tarıx Əliyev (Tolik) deputatlığa namizədliyini verənləri tənqid edib.

BAKU.WS xəbər verir ki, aparıcı Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində camaatın əl-ayağından öpənləri biabır edib:

"Hər kəs özünə bir az hörmət eləsin. Millət vəkili olmaq məsələsini şouya döndərdilər. Camaatın əl-ayağına düşüb niyə öpürsüz? Ayıbdır! Özünüzə hörmət edin.

Deputatlıq mandatına görə yıxılmısız bir ananın ayağının altına. Yaxşı, öpürsən. Bunu çəkib niyə yayırsan? Bunu əvvəl edərdiz. Bizə sizin əl öpməyiniz lazım deyil. Siz o kresloya görə əl öpürsüzsə, öpməyin.

Siz platformanızı bizə göstərin. Nə etmək istəyirsiz? Öz ananızın əlini öpməmisiz, gedib başqasının anasının əlini öpürsüz".

Son xəbərlər