SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanda maraqlı hadisə qeydə alınıb.

BAKU.WS
“Life” portalına istinadən xəbər verir ki, Hindistanın Haryana ştatında yaşayan 22 yaşlı Akaş adlı oğlanın hərəkəti sosial şəbəkələrdə və dünya mətbuatına müzakirələrə səbəb olub.

Belə ki, gənc oğlan ad günündə atasından BMW markalı maşın hədiyyə alıb. Lakin Akaş hədiyyəni bəyənməyib. O, atasının bu hədiyyəsinin çox ucuz olduğunu düşündüyü üçün ondan imtina edib.

Gənc oğlan atasından “Jaguar” markalı maşın gözləyirmiş. Atası isə onun istəyini nəzərə almayıb.

Bu səbəbdən də, Akaş dostlarının yanında biabır olmamaq üçün BMW-dən imtina edib və ondan birdəfəlik “yaxa qurtarmaq” qərarına gəlib. O, maşını çaya salaraq batırıb.

Qeyd edək ki, Akaşın bəyənmədiyi BMW Hindistanda 44 min avroya satılır.
BAKU.WS
VİDEO