SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Araz Abdullayev özünə yeni avtomobil alıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, o, yeni aldığı "Nissan GT-R” markalı avtomobili ilə fotosunu şəxsi "İnstagram" hesabında paylaşıb.

Qeyd edək ki, Abdullayevin yeni "oyuncağı”nın qiyməti 150 min dollardan (255 min manat) başlayır. 720 at gücündə olan idman avtomobili iki qapılıdır və mühərrikinin həcmi 3,8-dir.

Onu da qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bundan öncə "Maserati” markalı avtomobil sürüdü. O, həmin maşında olan dövlət nömrə nişanını "Nissan GT-R”ə daşıyıb.
BAKU.WS
QALEREYA