SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün İslamın - müsəlmanların ən sevimli ayı olan Ramazanın ilk günüdür. Hər il olduğu kimi bu il də insanlarda orucu pozan və pozmayan əməllərlə bağlı suallar yaranır. 

BAKU.WS bütün məzhəblərdəki olar-olmazlardan nəticə çıxararaq orucu batil edən və etməyən əməlləri təqdim edir: 

Orucu pozan əməllər

Yemək və içmək. Həmin günün orucu qəza edilməlidir.

Cinsi əlaqə. Bu orucu pozan ən böyük günahdır. Kəffarəsi — ardıcıl 60 gün oruc tutmalıdır, əgər bunu da bacarmasa altmış kasıbı yedirtməlidir. 

Masturbasiya (istimna).

Heyz. Günün istənilən vaxtında heyz başlayarsa qadının orucu pozular.

Qusmaq. Lakin qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.

İmalə (klizma).

Qeyd edək ki, oruclu olduğunu unudaraq bu əməlləri edən şəxsin orucu pozulmur. Amma yadına düşən kimi dərhal etdiyi işi saxlamalıdır. 

Orucu pozmayan əməllər

Yeməyin dadına baxıb, sonra onu tüpürmək orucu pozmur. 

Saç qırxdırmaq, dırnaq tutmaq və bədəndəki lazımsız tükləri qırxmaq orucu pozmur.

Çimmək. Cəfəri məzhəbinə görə, bədən quru qalsa belə, başı tamamilə suya batırmaq orucu batil edər, lakin digər məzhəblərində belə hökm yoxdur. Sərinləşmək üçün çimmək məkruhdur. 

Öpüşmək orucu pozmur.

Tüpürcəyi, bəlğəmi və ya burundan axan seliyi udmaq orucu pozmur. Məcburi qalıb və yaxud bilməyərək dişlərin dibindən, burundan, boğazdan çıxan qanı udmaq orucu pozmur. 

Analiz üçün qan vermək orucu pozmur. 

Ağrıkəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur. Bədəni qüvvətləndirən iynə və sistem orucu pozur.

Gözə dərman damızdırmaq və sürmə çəkmək orucu pozmur.

Diş çəkdirmək, onu müalicə etmək, ona iynə vurmaq orucu pozmur. Misvakla dişləri təmizləmək, onun tərkibində olan suyu udmaq orucu pozmur. 
 
Oruclu ola-ola ətir vurmaq və ya onu iyləmək  olar. 

Müxtəlif krem və yağlar, ənlik-kirşandan istifadə etmək. 

QEYD: Məqalədə bu mənbələrdən istifadə edilib:
suallarlaislam.com
azerislam.com
islam.az

Zülfiyyə Qurbanova
BAKU.WS