SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu yenidən polis bölməsinə aparılıb.


BAKU.WS
-in məlumatına görə, dünən dindirilmək üçün polisə aparılan Sara Netanyahu 5 gün ərzində ikinci dəfədir ki, polisə çağırılıb.

Onu Yeni il gecəsi polis idarəsinə sorğu-sual etmək üçün aparıblar. İdarədə 6 saatdan çox dindirilmə otağında qalan Sara Netanyahu Yeni ili polisdə qarşılayıb.
Qeyd edək ki, Sara Netanyahu baş nazirin iqamətgahı üçün alınan mebelləri daha sonra Kesariyədə yerləşən bağ evinə aparıb. Ordakı köhnə mebelləri Benyamin Netanyahunun iqamətgahına göndərib.

Baş nazirin xanımı həmçinin həyat yoldaşının rəhbərlik etdiyi siyasi partiyanın üzvünü işlədərək onun əmək haqqını da dövlət büdcəsindən ödəyib.

Bundan başqa Sara Netanyahu dövlət vəsaitindən dünyasını dəyişən atası uçün xərcləməkdə və saxta çeklər yazmaqda şübhəli bilinir.

BAKU.WS