SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı gecələri Yeni il ərəfəsində daha möhtəşəm olub.

BAKU.WS 
xəbər verir ki, paytaxtın Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində yaradılan bayram ab-havası

sakinləri heyran edir.


Parkda əyləncə məqsədilə xüsusi konstruksiya ilə quraşdırılmış fayton və avtobus, gözəl bəzədilmiş Yeni il yolkası gecə saatlarında ziyarətçiləri sanki ovsunlayır.


Axşam və gecə saatlarında burada izdiham yaşanır. Paytaxt sakinləri və şəhərimizin qonaqlarının ən çox sevib-seçdiyi məkanlardan biri məhz "Sevirəm" parkıdır.


BAKU.WS