SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Konqres Mərkəzində “Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Forumu keçirilib.

BAKU.WS xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak ediblər.

Tədbir zamanı cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi də çıxış edib. Qazimiz xanımlardan birinin “müharibə olsa vuruşacağıq” sözlərinə cavab verib. Kamil "Axırıncı Azərbaycan kişisi ölməyənə qədər qadınlarımız döyüşə gedə bilməz" sözlərini söyləyib. 

Qazinin bu sözləri forumda iştirak edənlərin alqışları ilə qarşılanıb.   

Video: Yeniavaz
BAKU.WS