SİZİN REKLAM BURADA!
055 213 76 73



Qarpız yay fəslinin əvəzolunmaz giləmeyvəsidir. Onun insan orqanizmi üçün böyük xeyri var.

BAKU.WS xəbər verir ki, qarpız xüsusən kişilər üçün çox xeyirlidir.


Bu barədə türk həkim Osman Müftüoğlu danışıb. Həkim bildirib ki, qarpızın qabağındakı sitrülin maddəsi kişilər üçün çox xeyirlidir.


“Qarpızın əsasən qabığı və ağ hissəsində sitrülin maddəsilə zəngindir. Bu maddə kişilərin cinsi gücünü artırır. Həmin maddə “Viagra” və tərkibli dərmanlardan daha çox təsirlidir”, - deyə həkim bldirib.


Osman Müftüoğlu deyir ki, əvvəllər qarpız qabığı uzunqulaq və atlara verilirdi.

Qarpız həmçinin A və C vitaminlərilə zəngindir. A vitamini dərinin təravətləndirir.


Qan dövranını tənzimləyir. Qarpızın tərkibindəki kalsium və likopen maddələri insan sümüklərini möhkəmləndirir. Bundan başqa, onun böyrək təmizləyici funksiyası var. Qarpız ürək-damar sisteminin fəaliyyətini tənzimləyir və damar keçməzliyini aradan qaldırır.

Onun xərçəng xəstəliyinin yaranmasının qarşısını almaqda müstəsna rolu var.

Ziya SƏCCAD
BAKU.WS