SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən cazibədar balaca boy manikeni kimi tanınan model və aktrisa Karina Lemos Instagram-da fenomen olub.
 
BAKU.WS məlumat verir ki, model və aktrisa kimi fəaliyyət göstərən Karina Lemos tez-tez Braziliyadakı televiziyalara dəvət olunur. Balaca boy model sosial şəbəkələrin də aktiv istifadəçisidir. 1 metr 30 sm boyu olan Karinanın Instagram-da 35 min izləyicisi var.
 
Karina jurnalistlərə açıqlamasında özü ilə fəxr etdiyini bildirib:
 
"Boyumla bağlı kompleksim yoxdur. Əksinə, özümlə qürur duyuram. İnsanların məni cazibədar hesab etdiklərini bilirəm, çünki, bunu dəfələrlə deyiblər".
 
O, dünyanın ən cazibədar "cücə model"i adlandırılır. 
 
BAKU.WS