SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən məşhur mesajlaşma proqramı olan Whatsapp üçün daha bir yenilik hazırlanıb.
 
BAKU.WS-in məlumatına görə, mesajlaşma proqramı üçün xüsusi olaraq inkişaf etdirilən WhatsAlert-in sevgililər arasında problem olacağı güman edilir. 900 milyondan çox istifadəçisi ilə dünyanın ən aktiv mesajlaşma proqramı olan WhatsApp üçün hazırlanan yenilik WhatsDogg tətbiqinin bənzəridir. 

WhatAlerts tətbiqi WhatsApp yoldaşlarınızdan birinin onlayn olma vaxtını qeydiyyata alır. 

WhatAlert bununla yanaşı, seçilən adamın nə qədər müddət onlayn olduğunu da göstərir. Həm pulsuz həm də "premium" versiyası olan tətbiqin pulsuz versiyasında bəzi məhdudiyyətlər var.
 
BAKU.WS