SİZİN REKLAM BURADA!
055 213 76 73



Bununla bağlı internetdə və kirayə bazarında elanlar yerləşdirilib

BAKU.WS Real TV-ə istinadən xəbər verir ki, 27-29 aprel tarixləri arasında Bakıda keçiriləcək “Formula-1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. Bununla bağlı internetdə və kirayə bazarında elanlar yerləşdirilib.

Evlərinin eyvanını icarəyə vermək istəyən paytaxt sakinləri mənzillərində hazırlıq işlərinə başlayıb. İcarə təklifləri əsasən bir neçə saat, bir gün və ya üç gün müddətdən ibarətdir.

Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta yemək də təklif olunacaq. Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

“Formula-1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarai bildirib ki, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur.

Sadəcə olaraq, ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Daha ətraflı videomatrealda tanış ola bilərsiz.

Nihat HÜSEYNZADƏ
BAKU.WS