SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda uzun illərdir ki, saat təmiri ilə məşğul olan rayon sakini maraqlı bir addım atıb. Onun düzəltdiyi saatların digərlərindən fərqi əqrəblərin əks istiqamətə işləməsidir. Saatın əqrəbləri əks istiqamətə işləsə də vaxtı düz göstərir.

Əqrəbləri tərsinə işləyən saat...

Lənkəran rayon sakini Şahin Baxşıyev düzəltdiyi saatlar digərlərindən fərqlənir. Belə ki bu saatların əqrəbləri ancaq tərsinə işləyir. Lakin buna baxmayaraq vaxtı düz göstərir.

32 ildir ki, saat təmiri ilə məşğul olan usta deyir ki, o bu işi atasından öyrənib. O bir neçə ildir ki, saat mexanizminə dəyşiklik edərək onun əqrəblərinin əks istiqamətə işləməsinə nail olub. Bunun üçün bəzi çarxları dəyişərək yenisi ilə əvəz edib.

Ustanın sözlərinə görə, bir vaxtlar saatlara maraq azalsa da indi təlabat daha çoxdur. Bir saatın düzəldilməsinə 1-2 saat vaxt lazım olur. Şahin Baxşıyev hazırda yeni qol saatını düzəltməklə məşğuldur. Sifariş əsasında hazırladığı bu saatın da əqrəbi əks istiqamətə hərəkət edəcək. Saatın əqrəbləri kimi, rəqəmlərinin də yeri dəyişik olacaq.

Ustanın sözlərinə görə, ilk baxışda saata baxanda adamda çaşğınlıq yaratsa da amma sonradan öyrəşmək asan olur.

Müsahibimiz onu da bildirir ki, əqrəbləri əks istiqamətə işləyən saatların xarici turistlərə satışını da təşkil etmək niyyətindədir.

BAKU.WS