SİZİN REKLAM BURADA!
055 213 76 73



3 övlad atası Ceyhun Məzayim oğlu Həsənov həyatının ən çətin anlarını yaşayır.

BAKU.WS-in məlumatına görə, Ceyhun Həsənov deyir ki, 5 yaşlı oğlu elə vəziyyətdədir ki, həyatının hər dəqiqəsi həlledicidir və təxirsiz tədbirlərin görülməsi tələb edilir.

“Oğlum Həsənzadə Tural Ceyhun oğlu 15.09.2013-cü ildə anadan olub. 2015-ci ilin dekabr ayından uşaq qəflətən xəstələndiyi üçün həkimə aparılıb və uşaqda kəskin leykoz, limfoblast variant, L1 xəstəliyi aşkar edilib. Indiyə qədər davamlı olaraq uşağın müalicəsi aparılırdı. Müalicə həddən artıq yüksək məbləğ tələb etdiyindən, son iki il ərzində evimizdə olan bütün qiymətli əşyaları və avadanlıqları satıb, uşağın müalicəsi üçün lazım olan dərman preparatları almışıq. Bu xəstəlikdən qurtarmaq üçün çıxış yolumuz donor tapmaqla, əməliyyat etmək olduğundan, boyük qardaş donor düşmədiyi üçün çətinliklərə baxmayaraq 3-cü övladımızı dünyaya gətirdik. Lakin, fələk bu dəfə də üzümüzə gülmədi, dünyaya gələn körpə qızımız qardaşına donor qismində yaramadı.

Hal-hazırda, tamamilə imkansızlıq həddindəyəm. Övladımın sonuncu yoxlamasının nəticəsi ürəkaçan olmadı və bizi çox sarsıtdı. Həkimlərin dediyinə görə, müalicənin heç bir effekti olmayıb, xəstəliyin yenidən əvvəlki kəskinliyi baş qaldırıb. Yeganə ümidimiz və çıxış yolumuz donor tapmaq və əməliyyat etməkdir. Bunun üçün isə olduqca yüksək məbləğdə maliyyə vəsaiti tələb olunur.

Oğlumuz elə vəziyyətdədir ki, həyatının hər dəqiqəsi həlledicidir və təxirsiz tədbirlərin görülməsi tələb edilir. Bu acınacaqlı reallığı nəzərə almaqla, lazım olan məbləğin yığılması ən son ümidimizdir”, - deyə ata Ceyhun Həsənov müraciətində qeyd edir.

Tural Həsənzadəninin yaşaması üçün yardım etmək istəyənlər aşağıdakı əlaqə nömrəsi və bank hesabından istifadə edə bilərlər.

Əlaqə nömrəsi: +994 50 544 66 22 (Ceyhun Həsənov)

Bank Respublika
Hesab nömrəsi: 380 194 402 460 550 301
Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AZE 17429188

BAKU.WS