SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.


Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə düşəcək.


Çaylarda sululuğun artacağı ehtimal olunur.


Ziya Səccad

BAKU.WS