SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Vüsalə Səidi “Lider TV”-də işinə son qoyduğu barədə məlumat yayıb.

BAKU.WS-in məlumatına görə, aparıcı Facebook səhifəsindəki qeydində işdən çıxmasının səbəbini açıqlamayıb.

“Lider Tv-nin prezidenti Ədalət Əliyev başda olmaqla Anar Şükürov və çox dəyərli kollektivə minnətdarlığımı bildirirəm. Bəli, işdən ayrılmışam və bunun səbəbi qətiyyən məvacib və saç deyil. Səbəbini açıqlama istəmirəm”, - deyə teleaparıcı bildirib.

Vüsalə Səidi saç düzümü ilə gündəmdə olub. KİV-də yayılan xəbərlərə görə, aparıcı Lider TV-dən saç düzümünə görə qovulub.

BAKU.WS