SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  22-25° isti, gündüz  30-35° isti olacağı gözlənilir. Bakıda gecə 23-25° isti, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80%,  gündüz  45-55 % olacaq. 
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, iyulun 31-də hava şəraiti yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Ayrı-ayrı  yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz  25-30° isti olacağı gözlənilir. 
 
BAKU.WS