SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İyun ayının 3-ü gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi gözlənilir". 

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyun ayının 2-də paytaxtda mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir: "Havanın temperaturu 20-26 dərəcə arasında dəyişəcək".

G.Məmmədova qeyd edib ki, sabah ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək: "Yağış yağacaq, şimşək çaxacaq".
 
BAKU.WS