SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ötən gün teleaparıcı, "Bozbaş pictures”in layihə rəhbəri olan İlkin Həsəninin toy mərasimi baş tutub. 

BAKU.WS xəbər verir ki, toy mərasimi Park Meridian sarayında keçirilib. İlkin Həsəni Aysel adlı xanımla ailə həyatı qurub. Toyda şou-biznes nümayəndələri, tanınmış simalar iştirak edib. Məşhurlar toyda çəkdikləri bir-birindən maraqlı görüntüləri Instagram-da paylaşıb.   

Məlumat üçün bildirək ki, İlkin Həsəni 2001-ci ildən Azad Azərbayan Televiziyasında çalışmağa başlayıb. 106 Fm radiosunda xəbər diktoru kimi fəaliyyətə başlayan İlkin Həsəni 1 ildən sonra televiziya aparıcısı olub. "Virtual Time" (106 Fm), "Çox maraqlı", "ATV Maqazin", "Yeni ulduz", "Sözüm var", "Bizim səhər", "Xalq ulduzu", "AutoTime" kimi verlişlərin aparıcısı, "Bozbash Pictures" layihəsinin və Şəmi müəllim obrazının müəllifidir. 
 
BAKU.WS kollektivi adından bəy və gəlini təbrik edirik. 
 
Nazim Babayev 
BAKU.WS