SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəzər TV-nin "Diqqətli ol" layihəsi çərçivəsində maraqlı prank keçirilib. 
 
BAKU.WS xəbər verir ki, verilişin çəkiliş komandası şəhər sakinləri ilə zarafat etmək qərarına gəlib. Belə ki, paytaxt sakinləri ilə maraqlı sorğu keçirilib. Onlardan "idmanla məşğul olan və əzələlərini dərmanla şişirən insanlara münasibətiniz necədir?" sualı ünvanlanıb. Çoxları bu cür insanlara qarşı mənfi münasibət bəsləmədiyini bildirib və bir müddət sonra sualı cavablandıran şəxslər iki idmançı ilə üzləşməli olub. Sualı cavablandıranlardan bəziləri qorxuya düşərək söylədiklərini inkar etməli olublar.
 
Qeyd edək ki, "Diqqətli ol" layihəsi paytaxta tez-tez bu cür maraqlı sosial testlər keçirir.
 
Aynur Ələkbərova
BAKU.WS