SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın Bavariya bölgəsindəki villasını 7 milyon avroya satışa çıxarıb. 

BAKU.WS-in rus mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, bu məlumatı Almaniyanın "Süddeutsche Zeitung” qəzeti yayıb.
Villanın yerləşdiyi Oberax şəhərinin meri Kristian Kyok bildirib ki, M.Qorbaçov sonuncu dəfə 3 il əvvəl bu evdə olub: "Halbuki sakinlər əvvəllər onunla şəhərin küçə və restoranlarında tez-tez rastlaşırdılar”.

Qəzetin yazdığına görə, Qorbaçovlar ailəsi 11 il əvvəl Teqernzee gölünün ətrafında torpağı və malikanəni alıblar. 17 otaqlı bu malikanə 1908-ci ildə tikilib. 2006-cı ildə binanı Mixail Qorbaçovun yeganə qızı İrina Virqanskaya alıb. Villanın sahəsi 2,6 min kv metrdir

Arzu Mirzəyeva
BAKU.WS