SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Xatirə İslamın "5/5” verilişində istifadə etdiyi geyim müzakirələrə səbəb olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin qara rəngli donu ABŞ-lı pop ulduz Cenifer Lopezin "People's Choice Awards” mərasimindəki libası ilə eynilik təşkil edir.

Sosial şəbəkə istifadəçiləri X. İslamı plagiat etməkdə günahlandırıblar.

Müğənni mövzu ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. O, həmin geyimi əldə etmək üçün 1 ay gözlədiyini bildirib:

"Bəli, eyni geyimdəndir. Həddindən artıq qiymətli bir paltardır. İstər parçası, istərsə də daş-qaşı... Lopez dünya ulduzudur, mən başqa kimin paltarından geyinməliyəm? Ola bilər ki, Lopezlə eyni vaxtda düşünüb hazırlatmışıq? Paltardı da...Ərsəyə gəlməsi üçün parçasını, daş-qaşını bir ay gözləmişəm”.

Xatirə İslam geyimin qiyməti barədə açıqlama verməsə də, "Qafqazinfo” libası ərsəyə gətirən Rəna Müslümovanın butiki ilə əlaqə saxlayıb.

Butikdən bildirilib ki, sözügedən paltarın qiyməti 14 min AZN-dir.

Xatırladaq ki, Lopezin geyimi isə Rob & Mariel imzalıdır.
 
BAKU.WS