SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin TV 8 telekanalında yayımlanan "O Ses Türkiye" musiqi yarışında növbəti dəfə Azərbaycan mahnısı sözləri ilə musiqisi "anonim” olaraq qeyd edilib.
 
BAKU.WS xəbər verir ki, Hadisenin komandasından olan Dodan adlı iştirakçı Azərbaycanın xalq mahnısı "Qubanın ağ alması"nı adını da dəyişərək "Iğdırın al alması" adı altında ifa edib. Üstəlik mahnının sözlərinin müəllifi və bəstəkarı anonim olaraq göstərilib. 
 
Qeyd edək ki, sözügedən müsabiqədə etirazlara baxmayaraq dəfələrlə Azərbaycan mahnılarına bu cür hörmətsizlik edərək anonim müəllif adı altında ifa edirlər.
 
Xatırladaq ki, bir vaxtlar sözügedən mahnını türk müğənni Elif Avcı da "Iğdırın al alması" adı ilə ifa edib.
 
Aynur Ələkbərova
BAKU.WS