SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin TV8 kanalında yayımlanana "O ses Türkiye" musiqi yarışmasının ikinci turun seçimlərində azərbaycanlılar da çıxış edib.

BAKU.WS məlumat verir ki, həmyerlilərimiz səhnəyə çıxaraq performanslarını göstəriblər. Münsiflərin seçimi ilə növbəti mərhələyə keçə biliblər. 

Murad Bozun komandasında olan Ruslan İqnatenko (Alishan) Beyonsun repertuarından "Listen" mahnısını, Ebru Gündeşin komandasında yarışan Mərdan Kazımov isə Rey Çarlzın "Hit the road Jack" mahnısını ifa edərək növbəti mərhələyə vəsiqə qazanıblar. 

"O ses Türkiye"dəki ilk çıxışları ilə səs-küyə səbəb olan "Nəğd pul" qrupu isə səhnədə komandasında olduqları "Athena" qrupunun mahnısı üzərində rep deyiblər. Qrup münsiflərin seçimi ilə növbəti mərhələyə keçə biliblər.  

Qeyd edək ki, "Nəğd pul" qrupu 2012-ci ildə "Yetenek sizsiniz Türkiye" qabiliyyət yarışmasına da qatılıb.
 
BAKU.WS