SİZİN REKLAM BURADA!
055 213 76 73


 
FETÖ-nün KİV-indən olan Samanyolu TV-də əvvəllər yayımlanan bir serialda rus səfir Karlova sui-qəsdin törədildiyi ortaya çıxıb. Sui-qəsd səhnəsinin Karlovun qətl anına bir bənzərliyi olduğu deyilir.

Milli.Az xəbər verir ki, sözügedən qətl səhnəsi "Nizama Adanmış Ruhlar" adlanan serialın 89-cu bölümündə təqdim edilib.

Serialdakı səhnədə diplomat yoldaşıyla bir rəsm sərgisini ziyarət edən rusiyalı səfirin bu məqamda stəkanına qatil zəhər qatır. Ancaq sui-qəsd cəhdi baş tutmur.

Sui-qəsdin qarşısını almaq səhnəsindən başqa, serialın həmin bölümündə bütün hissə Ankarada rusiyalı səfiri Andrey Karlovun öldürülməsi ilə üst-üstə düşür.
 
BAKU.WS